Əsas Səhifə > Dünya > "NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib"
"NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib"Bu gün, 06:35 |
|
NATO-nun Rusiyaya qarşı “strateji məğlubiyyət” planı nəticəsiz qalıb və indi bu vəziyyət alyansın özünə qarşı çevrilib. Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın keçmiş generalı Marko Bertolini "L'antidiplomatico" portalına müsahibəsində bildirib. “Rusiyanın strateji məğlubiyyətə uğradılması məqsədi ilə başlanan müharibə NATO və Qərb üçün böyük sərmayə tələb etdi. Amma indi elə görünür ki, strateji məğlubiyyət təhlükəsi məhz NATO-nun üzərində dolaşır”, - deyə Bertolini vurğulayıb. Onun sözlərinə görə, alyansla Rusiya arasındakı qarşıdurma Ukrayna müharibəsinin bitməsi ilə də dayanmayacaq. General hesab edir ki, tərəflər arasında yeni gərginlik ocaqları Balkanlar, Baltika və Qafqaz regionlarında da yarana bilər. Geri qayıt |