Əsas Səhifə > Dünya > Tramp Savayanı özünün İraq üzrə xüsusi nümayəndəsi təyin edib

Tramp Savayanı özünün İraq üzrə xüsusi nümayəndəsi təyin edib


20-10-2025, 01:53

ABŞ Prezidenti Donald Tramp amerikalı iş adamı Mark Savayanı özünün İraq üzrə xüsusi nümayəndəsi təyin edib.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən Mark Savayanın İraq Respublikası üzrə xüsusi nümayəndə olacağını elan etməkdən məmnunam", - deyə Vaşinqton administrasiyasının rəhbəri qeyd edib. O, Savayanın "ABŞ və İraq arasındakı münasibətləri dərindən anladığını", həmçinin regionda əlaqələrə sahib olduğunu bildirib.

"Mark Miçiqandakı seçki kampaniyamda əsas rol oynadı, burada o və başqaları səsvermədə müsəlman amerikalılardan rekord dəstək təmin etməyə kömək etdilər", - deyə Tramp əlavə edib.

Qeyd edək ki, Savaya marixuana əsaslı müxtəlif məhsullar istehsal edən və yayan "Leaf and Bud" şirkətinin təsisçisidir.


Geri qayıt