Əsas Səhifə > Dünya > Fransa prezidenti parlamenti buraxmağı planlaşdırır
Fransa prezidenti parlamenti buraxmağı planlaşdırırBu gün, 07:33 |
Fransa Prezidenti Emmanuel Makron Baş nazir Sebastian Lekornu hökumətinə etimadsızlıq səsverməsi keçirilərsə, parlamenti dərhal buraxacaq. Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Mod Bodjo məlumat verib. Onun sözlərinə görə, parlament buraxıldıqdan sonra ölkədə erkən seçkilər keçiriləcək və bu, parlamentdə əksəriyyətin dəyişə bilməsi demək olacaq. Lekornu hökumətinə narazılığın əsas səbəbi onun adı ilə bağlı pensiya islahatı layihəsinin irəlilədilməsidir. Fransız sosialistləri bu layihənin dayandırılmasını tələb edir. Geri qayıt |