Əsas Səhifə > Dünya > Netanyahu razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq

Netanyahu razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq


Bu gün, 06:03

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəsin birinci mərhələsinə dair razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq.

APA xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.


"Bu, İsrail üçün əla gündür. Sabah razılaşmanı təsdiqləmək və bütün əziz girovlarımızı evə gətirmək üçün Nazirlər Kabinetini toplayacağam", - o bildirib.


Geri qayıt