Əsas Səhifə > Dünya > Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər
Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilərBu gün, 04:55 |
ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması (şatdaun) səbəbindən ölkənin ümumi daxili məhsulu (ÜDM) potensial olaraq hər həftə təxminən 15 milyard dollar azala bilər. "Report" "Politico"ya istinadən xəbər verir ki, bu qiymətləndirmə Ağ Evin respublikaçı qanunvericilərə təqdim etməyi planlaşdırdığı sənədlərdə yer alıb. Qeyd olunub ki, prezident Donald Trampın iqtisadi məsələlər üzrə müşavirləri uzunmüddətli şatdaunun ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Onların hesablamalarına görə, ABŞ-nin ÜDM-si hər həftə 15 milyard dollar azala bilər. Şatdaunun bir ay davam edəcəyi təqdirdə, işsizlərin sayının 43 min nəfər artacağı, istehlak xərclərinin isə 30 milyard dollar azalacağı proqnozlaşdırılır. Qeyd edək ki, ABŞ federal hökuməti maliyyələşmənin olmaması səbəbindən 1 oktyabr gecə yarısı fəaliyyətini qismən dayandırıb. Geri qayıt |