Əsas Səhifə > Dünya > Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib
Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildiribDünən, 06:20 |
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxın günlərdə danışacağını gözlədiyini bildirib. APA xəbər verir ki, Tramp bu haqda Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında çıxışı zamanı danışıb. Tramp Putinlə növbəti telefon danışığının nə vaxt baş tutacağı ilə bağlı suala "Çox yaxında. Yaxın bir neçə gündə" – deyə cavab verib. Ukrayna böhranının həllindən danışarkən isə Trtamp “Biz bunu bacaracağıq. Əminəm ki, biz bunu edəcəyik” – deyə bildirib. Geri qayıt |