Əsas Səhifə > Dünya > Rusiyaya heç bir güzəşt olmayacaq: növbəti sanksiya...
Rusiyaya heç bir güzəşt olmayacaq: növbəti sanksiya...Bu gün, 05:58 |
Avropa Birliyi Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyəcək. Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib. Kallas bildirib ki, Rusiya tam və qeyd-şərtsiz atəşkəslə razılaşmadığı müddətcə heç bir güzəşt müzakirə edilməyəcək: “Addımların ardıcıllığı çox önəmlidir. İlk olaraq, güclü monitorinq sistemi və möhkəm təhlükəsizlik zəmanətləri ilə təmin olunmuş qeyd-şərtsiz atəşkəs olmalıdır”. Geri qayıt |