Əsas Səhifə > Dünya > Rusiya yeni silahlarla HƏDƏLƏDİ

Rusiya yeni silahlarla HƏDƏLƏDİ


Bu gün, 18:59

“Rusiya silahlanma məsələlərində vaxtını itirməyib və artıq məlum olan “Oreşnik” raket sistemindən əlavə bir sıra ən son sistemlərə malikdir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

""Oreşnik” var, amma başqaları da var. Beləliklə, biz vaxt itirmədik", - diplomat "Rossiya-1" telekanalına müsahibəsində qeyd edib.

Hələ açıqlanmayan silah növləri haqqında soruşduqda, o, belə cavab verib: “Danışmamalı olduğum şeylərin adını çəkə bilmərəm, lakin bunun olduğunu təsdiq edə bilərəm”.

Rusiya silahlarının yeni bölgələrdə yerləşdirilməsi ehtimalını şərh edən Ryabkov qeyd edib ki, konkret coğrafi yerlərin adının çəkilməsi “tamamilə yanlış və məsuliyyətsizlik” olacaq. Eyni zamanda o vurğulayıb ki, Moskvanın həmişə çoxlu variantları var və “əvvəlcədən heç nə istisna edilmir”.


Geri qayıt