Əsas Səhifə > Dünya > Avropa Rusiyaya son zərbəni vurur: Neft sanksiyası Putinin büdcəsini çökdürür
Avropa Rusiyaya son zərbəni vurur: Neft sanksiyası Putinin büdcəsini çökdürürBu gün, 10:37 |
Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 18-ci sanksiyalar paketi Kremlin iqtisadi dayaqlarını sarsıdır. Bu qərarın təsiri dərhal hiss olunur. “Kommersant”ın istinad etdiyi Aigenis investisiya şirkətinin yeni icmalına görə, 2025-ci ilin sonuna qədər Rusiya büdcəsi bu sanksiyalar nəticəsində 4 trilyon rubldan çox itki ilə üzləşəcək. Bu isə rublun dəyər itirməsi, sosial xərclərin azalması və daxili iqtisadi böhranın daha da dərinləşməsi deməkdir. Rusiya iqtisadiyyatının təməl dayağı olan neft gəlirləri artıq ciddi şəkildə zərbə altındadır. Qiymət tavanının endirilməsi deməkdir ki, Rusiya ixrac etdiyi neftdən daha az gəlir əldə edəcək, halbuki hərbi xərclər və daxili təzyiqlər getdikcə artır. Bu, Kreml üçün təkcə maliyyə problemi deyil, geosiyasi baxımdan da zəifləmə əlamətidir. Qərb artıq Rusiya iqtisadiyyatını strateji nöqtədən hədəfə alıb və onun müharibəni davam etdirmə imkanlarını sıradan çıxarmağa çalışır. 4 trilyonluq büdcə boşluğu: Putini nə gözləyir?Ekspertlərə görə, bu qədər böyük itki fonunda Rusiya hökuməti: Bu sanksiyalar təkcə iqtisadi təzyiq deyil – bu, geopolitik mühasirənin bir hissəsidir. Avropa Rusiya ilə bütün enerji əməkdaşlığını kəsməkdə israrlıdır və Çin, Hindistan kimi ölkələrin güzəştlə aldığı Rusiya nefti artıq büdcəni xilas edə bilmir. Putinin neft imperiyası çökür. Sanksiyalar işini görür. 2025-ci ilə qədər Rusiyanı daha böyük iqtisadi və siyasi fəlakət gözləyir. Geri qayıt |