Əsas Səhifə > Dünya > Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı

Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı


Bu gün, 07:14

“ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci il seçkilərində dövlət başçısı postuna namizəd ola bilər”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” kanalına müsahibəsində deyib.

Dövlət katibi bildirib: “Düşünürəm ki, Vens prezidentliyə əla namizəd olardı”.

Rubiodan 2028-ci ildə prezidentliyə namizəd olub-olmayacağı da soruşulub: “Gələcəyin necə olacağını heç vaxt bilmirsən. Heç bir şey masadan kənarda deyil. Hazırda bütün diqqətimi Dövlət Departamentindəki işimə yönətmişəm”.


Geri qayıt