Əsas Səhifə > Dünya > Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib
Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildiribBu gün, 06:22 |
Rusiya prezidenti Vladimir Putin İsrailin İranın ali dini lideri Ayətullah Xamneinin öldürmək planlarına münasibət bildirib. Putin bildirib ki, o, İsrailin Ayətullah Xameneini aradan götürmək imkanını müzakirə belə etmək istəmir. "Mən bunu heç müzakirə etmək istəmirəm", - Kreml rəhbəri qeyd edib. *** İran Rusiyadan hərbi yardım istəməyib. Putin Rusiya ilə İran arasında strateji tərəfdaşlıq müqaviləsində müdafiə sahəsi ilə bağlı heç bir maddə olmadığını vurğulayıb. Rusiya prezidenti əlavə edib ki, Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlıq həmişə beynəlxalq hüquqi çərçivədə qalıb. Putin Rusiyanın İranda atom elektrik stansiyasları inşa edən mütəxəssisləri haqqında da danışıb. Putin İsrail tərəfi ilə İrandakı həmin rusiyalı mütəxəssislərin təhlükəsizliyi barədə razılaşdıqlarını da söyləyib. Geri qayıt |