Əsas Səhifə > Dünya > ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?


Bu gün, 09:12

Senator Qrehemin təşəbbüsü ilə Rusiyaya qarşı yeni sanksiyalar hazırlanıb, məğzi də budur ki, Rusiyadan neft-qaz, neft məhsulları və digər təbii sərvətlər alan ölkələrə 500%-lik tarif tətbiq edilməlidir. Çox vahiməli səslənsə də, içiboş, mənasız və yerinə yetirilməsi mümkünsüz olan məsələdir.

Axar.az xəbər verir ki. bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Rusiyadan ən çox qaz alan ölkə Avropada Fransadır, neft-qaz alan ölkələr sırasında Macarıstan, Slovakiya, İtaliya, hətta Almaniya və s. dövlətlər var:

“ABŞ onlara 500% tarif tətbiq edəcək?! Və ya, ən çox neft alan ölkə Hindistandır, onlara 500%-lik tarif necə tətbiq olunacaq?! Bəs Çin – indi Vaşinqtonla Pekin Londonda görüşür, tarif anlaşması olacaq, o zaman Çinə 500%-lik tarif necə tətbiq edilə bilər axı?! Əgər belə bir qanun qəbul edilsə, o zaman ABŞ özü-özünə də sanksiya qəbul etməlidir – ABŞ urana olan tələbatının, az qala, yarısını Rusiyadan alır. Absurddur, deyilmi?! Amma insanlar dərin analiz edə bilmir, qəhrəman Ukrayna xalqında illuziyalar yaranır ki, bu sanksiyalarla Rusiyanı çökdürmək mümkün olacaq”.


Geri qayıt