Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Türkiyə və İsrail döyüş meydanında qarşılaşmaq istəmirlər
Türkiyə və İsrail döyüş meydanında qarşılaşmaq istəmirlər18-04-2025, 09:33 |
![]() “Hazırda Türkiyə və İsrail bir-birinə münasibətdə aqressiv ritorikadan yararlanır. Çünki bu ölkələrin maraqları indi də Suriyada ziddiyyət təşkil edir. Ancaq İsrail anlayır ki, texnoloji inkişafına baxmayaraq, onun ordusu Türkiyənin ordusu ilə bacara bilməz. Çünki türk ordusu daimi hazır vəziyyətdə olan, müharibə və əməliyyatlarda iştirak edən ordu olmaqla yanaşı, son illər texniki baxımdan da irəliyə gedib”. Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə Türkiyə və İsrail arasında mümkün müharibədən danışarkən deyib. O, eyni zamanda bildirib ki, İsrail ordusu da moderndir, son dövrlər HƏMAS və “Hizbullah” silahlı qruplarına qarşı əməliyyat keçirib, onları zəiflədib, darmadağın edib, amma göründüyü kimi, axırlarına çıxmağı bacarmayıb: “Yəni bu dəstələrin mövcudluğu hələ də davam edir. Üstəlik, nəzərə alın ki, bunlar peşəkar ordu deyillər, daha çox partizan müharibəsi aparan silahlı dəstələrdir. Türkiyənin isə peşəkar və müharibə təcrübəsi olan ordusu var. Üstəlik, bu ordu NATO-nun ikinci güclü ordusudur. Bu baxımdan, nə Türkiyə, nə də İsrail döyüş meydanında qarşı-qarşıya gəlmək istəmir”. Ekspert qeyd edib ki, hər iki dövlət üz-üzə gəlməmək şərtilə Suriyada öz mövqelərini gücləndirmək, təhlükəsizliklərini təmin etmək və qorumaq istiqamətində iş aparacaq: “Ehtimal edirəm ki, gec-tez bu ölkələr öz aralarında razılığa gələcəklər”. A. İsazadənin fikrincə, ABŞ da Türkiyə-İsrail qarşıdurmasını istəmir. Müsahibimiz əlavə edib ki, Vaşintqonun həm Ankara, həm də Təl-Əvivlə yüksək səviyyəli münasibətləri, müttəfiqliyi var. Gərgin münasibətlər fonunda Vaşinqton hər iki müttəfiqi ilə danışıqlar apara, onları bir araya gətirə, aralarında müsbət əlaqələrin qurulmasına nail olmasa belə, müttəfiqlərinin bir-birinə münasibətdə neytrallığını qorumasını təmin edə bilər. Geri qayıt |