Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Putin danışıqlara qədər Kursk məsələsini həll etməyə çalışır
Əsas Səhifə > Dünya > Putin danışıqlara qədər Kursk məsələsini həll etməyə çalışır

Putin danışıqlara qədər Kursk məsələsini həll etməyə çalışır


13-03-2025, 08:27
Putin danışıqlara qədər Kursk məsələsini həll etməyə çalışır
İlk dəfə hərbi formada Kurska gedən Putin Ukrayna qoşunlarının tamamilə çıxarılması əmrini verib. Gerasimovun iddiasına görə, Ukrayna qoşunlarının ələ keçirdiyi ərazilərin 86 faizi üzərində nəzarət bərpa olunub. Sırski də Rusiyanın aktiv şəkildə hücuma keçdiyini təsdiqləyir.
Görünür, ABŞ və Ukraynanın 30 günlük atəşkəs razılaşmasına Rusiyanın ilkin cavabı Kurskda bəlli olacaq. Kurskun iki əhəmiyyəti var.
1. Ukrayna qoşunlarının Kurskda mühasirəyə düşdüyü haqda məlumatlar var və atəşkəs Kiyevə zaman qazanmaq, itkilərin qarşısını almaq, bölgədən çıxmaq vəziyyəti yaranacaqsa, ən azı dəhliz əldə etmək üçün sərfəlidir;
2. Kurskda nəzarət etdiyi ərazilər danışıqlarda Kiyevə işğal olunmuş ərazilərinin ən azı müəyyən hissəsini azad etmək imkanı verir;
Rusiya da Kursku atəşkəs və danışıqlar masasından çıxarmaq niyyətindədir. Bu baxımdan, Putinin cavabının Kurskdakı nəticədən asılı olacağı görünür.

Asif Nərimanlı - "DİA-AZ"

Geri qayıt