Əsas Səhifə > Dünya > Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaqBu gün, 08:35 |
Amerikanın yeni seçilmiş Prezidenti Donald Trampın komandası Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatların istefasını tələb edib. APA “The Washington Post“a istinadən xəbər verir ki, bu tədbirlər Co Baydenin gedən administrasiyası ilə yeni komanda arasında “kəskin fərqlərin olduğunu” nümayiş etdirmək məqsədi daşıyır. Nəşrin məlumatına görə, onlarla diplomat Trampın köməkçilərindən müvafiq göstəriş aldıqdan sonra yanvarın 20-də günorta saatlarında istefa verəcək. Bildirilir ki, məcburi istefa verənlər arasında ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass və dövlət katibinin enerji resursları üzrə köməkçisi Geoffrey Pyatt da olacaq. Geri qayıt |