Əsas Səhifə > Dünya > "Suriya artıq İran üçün dəhliz olmayacaq"
"Suriya artıq İran üçün dəhliz olmayacaq"Bu gün, 09:49 |
"Suriya artıq İran silahlarının Livandakı Hizbullaha ötürülməsi üçün dəhliz olmayacaq". Suriyanın yeni hökumətinin rəhbəri Əhməd əş-Şara (əl-Colani) İran-Suriya münasibətlərinə münasibət bildirib. Musavat.com xəbər verir ki, o, ölkə mediasına verdiyi açıqlamada qeyd edib ki, İran Suriyaya böyük ziyan vurub və Hizbullah Suriya xalqında böyük yaralar əmələ gətirib: Qeyd edək ki, Livanın baş naziri Nəcib Miqati ilə Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şara arasında Dəməşqdə keçirilən görüşün məzmunu ilə tanış olan livanlı mənbələr "Əl-Ərəbiyyə"yə bildiriblər ki, tərəflər iki ölkə və ikitərəfli əlaqələr üçün Bəşar Əsəd və atası Hafiz Əsədin yanaşmasından fərqli çərçivədə bir sıra mühüm məsələlərdə razılığa gəliblər. Musavat.com Geri qayıt |