Əsas Səhifə > Dünya > Kremlin duel təklifində iki məqsəd
Kremlin duel təklifində iki məqsədBu gün, 01:31 |
Rusiya diktatoru Vladimir Putin canlı mətbuat konfransı zamanı rusların necə “hərəkət” istədikləri barədə danışarkən bir daha qitələrarası “Oreşnik” ballistik raketi ilə öyünüb. Xüsusilə, o, bunun "müasir, ən yeni silah" olduğunu bildirib və Qərbə raketin gücünü sübut etmək üçün "21-ci əsrin yüksək texnologiyalı dueli" keçirməyi təklif edib: bütün hava hücumundan müdafiə və raketdən müdafiə qüvvələrini Ukraynada cəmləşdirin, Ukraynanın paytaxtına "Oreşnik"dən zərbələr endirək, nəticəsinə baxın. Eyni zamanda, Putin “Oreşnik”in uçuş məsafəsinin 5,5 min kilometrə qədər olduğunu və Polşada yerləşən yeni raket əleyhinə sistemlərin bu raketi havada tuta bilməyəcəyi ilə öyünüb. Lakin bu izafilik eyni vaxtda bir neçə məqsədə nail olmaq üçün nəzərdə tutulmuşdu - mümkün danışıqlar ərəfəsində həm Ukraynanı, həm də Avropanı (ilk növbədə bu raketin uçuş məsafəsinə daxil olan əraziləri) qorxutmaq və əlini gücləndirmək idi. “Oreşnik”in nüvə başlığı daşıya biləcəyini nəzərə alsaq, bu, hətta nüvə şantajı kontekstinə də uyğun gəlir. Xatırladım ki, Putin əvvəlcə vurğulamışdı ki, “analoqları yoxdur” və buna görə də bu tip raketləri vura biləcək sistemlər mövcud deyil. Baxmayaraq ki, biz bunu yoxlamamışıq. Açıq mənbələrdən məlumdur ki, “Patriot”ların olmadığı Dneprdə “Oreşnik” zərərsizləşdirilə bilmədi. Bununla belə, bu hücumdan əvvəl biz eyni səsdən sürətli raketləri uğurla vurmuşuq. "Xəncər”lərə qarşı demək olar ki, 100 faiz effektivlik var. Yəni rus diktatorun dedikləri heç də həqiqət deyil. Belə bir bəyanatın ikinci məqsədi daxili auditoriyada təsirə malik olmaqdır. Əgər Rusiyanın informasiya məkanına baxsaq görərik ki, Putinin bu bəyanatı (adətən şüuraltı səviyyədə olur) cəmiyyətdə dövlətin nailiyyətləri ilə qürur hissi doğurdu. Üstəlik, hətta özlərini guya müxalifət kimi qələmə verən ruslar da fərəhləndilər. Mən şəxsən sosial şəbəkələrdə rusiyalı siyasi mühacirlərdən qürurlandırlaqı şərhlər görmüşəm. Bütün bunlara Qərb tərəfdaşlarımızın reaksiyası necə ola bilər? Təbii ki, Avropa liderlərindən reaksiyalar mümkündür. Ancaq Tramp və onun administrasiyasının üzvlərindən reaksiya çətin gəlsin. Birincisi, ona görə ki, o, hələ ABŞ Prezidenti vəzifəsinin icrasına başlamayıb. İkincisi, ən azı amerikalılar danışıqlar üçün uğurlu perspektivlərin olub-olmadığını başa düşməyincə, sərt bəyanatlar və ya qınaqlar olmayacaq. Trampın özünün dediyi kimi: əgər danışıqlardan müsbət nəticə istəyirsə, bu danışıqların nəticələrinə mane ola biləcək bəyanatlar vermir. Putinin son təhdidlərindən sonra tərəfdaşların Ukraynaya yardımı artırıb-artırmayacağına gəlincə... Prezident Volodimir Zelenski artıq Brüsseldə bəyan edib ki, Qərb tərəfdaşları bizə 19 hava hücumundan müdafiə sistemi təqdim etməlidirlər. Yaxşı olardı ki, bizə əvvəldən vəd etdiklərini versinlər. Müəllif: Maksim Yali – Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinin analitiki Mənbə: UNİAN Tərcümə AYNA-ya məxsusdur Geri qayıt |