Əsas Səhifə > Dünya > Kremlin qlobal güc layihələri dağılmaq üzrədir

Kremlin qlobal güc layihələri dağılmaq üzrədir


14-12-2024, 07:11
Kremlin qlobal güc layihələri dağılmaq üzrədir
Suriya prezidenti Bəşər Əsəd rejiminin süqutu Rusiya prezidenti Vladimir Putinin qlobal ambisiyalarını puç edir.

Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın analitik məqaləsində yazılıb.

İddia olunur ki, Kremlin qlobal güc layihələri artıq dağılma vəziyyətindədir.

Nəşr xatırladır ki, Suriyada Rusiyanın hərbi-hava-dəniz bazaları var və onlar digərləri ilə yanaşı, Aralıq dənizi vasitəsilə Afrikaya qoşun və silahların ötürülməsi üçün regional tramplinlər olub.

Bildirilir ki, 2015-ci ildə Rusiya Suriyada bombardmanlar həyata keçirib və bu, bir müddət Əsəd rejiminin xilasına kömək edib. Ancaq Rusiya Federasiyası üsyançıların hücumu zamanı eyni şeyi etməmək qərarına gəlib.

Qeyd olunur ki, hazırda Rusiyanın Suriyadakı hərbi bazalarının taleyi sual altındadır və onların gələcəyi Suriyanın yeni rəhbərliyi ilə danışıqlardan asılıdır.

Nəşrin yazdığına görə, çox güman ki, Əsəd rejiminin süqutu Putini bu region ölkələrinin liderləri, o cümlədən Rusiya liderinin bir il ərzində açıq şəkildə ünsiyyətdə olmadığı İsrailin baş naziri Benyamin Netanyahu ilə münasibətlərinin bərpasına məcbur edəcək.

Kreml rəhbərinin neft bazarında Rusiyadan pay almağa çalışan Səudiyyə Ərəbistanı ilə də münasibətləri gərgindir.

Jurnalistlər əlavə ediblər ki, Rusiyanın ən yaxın müttəfiqlərindən birinin məğlubiyyəti Kremlin Afrikadakı brendinə zərbə vurur, çünki burada liderlər Rusiyaya öz rejimlərinin daxili və xarici düşmənlərdən qorunmasının qarantı kimi baxırdılar.

“Əgər siz hakimiyyətdə qalmaq üçün Rusiyanın “əzələlərinə” güvənən bir Afrika liderisinizsə, o zaman Əsədin Suriyasının süqutu mühüm xəbərdaredicidir. Baxmayaraq ki, Əsədin nəhayət Moskvaya enməsi faktı sübut edir ki, Rusiya özününkülərdən əl çəkmir”, - Tafts Universitetinin professoru Daniel Dresner deyib.

Norveç Müdafiə Universitetinin professoru Njord Veqqe isə bildirib ki, Rusiya Federasiyası gələcəkdə NATO ölkələri üçün hələ də təhlükə yaradacaq. Bununla belə, Ukraynadakı savaş onun müharibədən əvvəlki potensialının böyük hissəsini tükəndirib.

Bundan əlavə, Suriyadakı hadisələr Ukrayna prezidenti Vladimir Zelenski və Vladimir Putini danışıqlar masası arxasında oturtmaq istəyən ABŞ-nın yeni prezidenti Donald Trampla Ukraynada mümkün atəşkəs danışıqlarında Rusiyanın mövqeyinə təsir edə bilər. Bəzi rusiyalı analitiklərin fikrincə, Kreml rəhbəri öz qətiyyətini göstərmək üçün daha ciddi zərbə vurmaq istəyəcək.

“Əgər Suriya ilə bağlı məsələ bir məna daşıyırsa, bu, Putin üçün Ukraynanın əhəmiyyətinin artmasıdır”,- analitik Oleq İqnatov deyib.
Geri qayıt