Əsas Səhifə > Dünya > NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır26-11-2024, 16:15 |
NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxış əldə etməyə çalışır, alyans sürətlə Arktika və Baltikyanı regionlarda genişlənir. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin Moskvada keçirilən iclasında deyib. Bortnikov qeyd edib ki, NATO tərəfindən hərbi təhlükə durmadan artır. "Alyans Rusiya və Belarusun İttifaq Dövlətinin sərhədlərində möhkəmlənir, sürətlə Arktika və Baltikyanı regionlara daxil olur, Qara dənizdə döyüş, kəşfiyyat və logistika imkanlarını genişləndirməyə çalışır və Xəzər dənizinə çıxış əldə etmək yollarını axtarır" - FTX direktoru qeyd edib. Bortnikov əlavə edib ki, müəyyən bioloji təhdidlərə müqavimət bəhanəsi ilə ABŞ-ın laboratoriyalar şəbəkəsi selektiv bioloji silahların yaradılması proqramlarını həyata keçirir. "DİA-AZ" Geri qayıt |