Əsas Səhifə > Dünya > AKP-nin uduzmasının səbəbi...

AKP-nin uduzmasının səbəbi...


1-04-2024, 06:50
AKP-nin uduzmasının səbəbi...
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyip Ərdoğan prezident seçkisində olduğu kimi, bələdiyyə seçkisində də faktiki rəqiblərinə qarşı kampaniyanı təkbaşına apardı, şəhərləri gəzdi, meydanlarda nitqlər söylədi. Ancaq bu dəfə alınmadı. Ərdoğanın keçmişdə partiyası üçün işlətdiyi “metal yorğunluq” ifadəsi həyata vəsiqə qazandı.

diaaz.space xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrini şərh edərkən deyib.

“Ərdoğanın hakim partiyanı silkələməsi lazımdır, əks halda Cümhuriyyət Xalq Partiyasının 2028-ci il prezident seçkilərində qələbə şansı artacaq. Ərdoğan həmin seçkidə iştirak etməyəcək, Mənsur Yavaşın Ankarada, Əkrəm İmamoğlunun İstanbulda bələdiyyə seçkisində böyük fərqlə qələbəsindən sonra CHP-nin prezident seçkisində ən azı iki güclü namizədi var. Onlardan biri prezidentliyə iddialıdır. Hakim Ədalət və İnkişaf Partiyasının növbəti prezident seçkisində Ərdoğan qədər xarizmatik lideri olmasa, qələbə şansı azalacaq”, - vurğulayıb.
Geri qayıt