Əsas Səhifə > Dünya > İranın NÜVƏ təhdidləri: Əslində nə baş verir?

İranın NÜVƏ təhdidləri: Əslində nə baş verir?


12-08-2021, 11:00
İranın NÜVƏ təhdidləri: Əslində nə baş verir?
“IМ‡srailin müdafiə naziri kecМ§ən həftə BMT Təhlükəsizlik şurasında IМ‡ranın cМ§ox az bir müddətdə nüvə silahı yaradacağı ehtimalından danışıb. IМ‡ranın nüvə silahı əldə etməsinə yaxınlaşması haqqında xəbərdarlığı tək IМ‡srail Müdafiə Naziri deyil, ABş DÖvlət katibi da bir necМ§ə ay bundan Öncə edib”.

Bu sözlər politoloq Yeganə Hacıyevanın Bizim.Media üçün yazdığı özəl şərhdə qeyd edilib.

Politoloq xatırladır ki, Entoni Blinken bu ilin fevralında müsahibəsində IМ‡ranın nüvə silahı əldə etməsinə cəmi bir necМ§ə ay qaldığını bildirib:

“Bu ilin aprel ayından etibarən Vyanada IМ‡ranla 2015-ci il nüvə sazişinə qayıtmaq istiqamtində Rusiya, BÖyük Britaniya, CМ§in, Fransa və Almaniya arasında IМ‡ran nüvə anlaşmasının ilkin formada bərpası problemi ilə bağlı danışıqlar aparılırdı. IМ‡ranla Nüvə sazişi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına daxil olan dÖvlətlərin nümayəndələri IМ‡ranın iştirakı olmadan ABş nümayəndə heyəti ilə ayrıca məsləhətləşmələr aparıblar. Nümayəndə heyətlərinin danışıqları iyunun əvvəlində başa cМ§atdırmalı idi. Lakin secМ§kidə IМ‡ranin yeni mühafizəkar prezidenti Rəisinin qələbə qazanması ilə bu danışıqlar dalana dirənib”.

Yeganə Hacıyeva haşiyədən çıxaraq IМ‡ranın nüvə enerjisinin istehsalı ücМ§ün ilk addımlarını 1967-ci ildən atmağa başladığını qeyd edib. Şah rejiminin devrilməsindən sonra isə yeni hÖkumət bu istiqamətdə işləri dondurub və AES-lərin tikintisindən imtina edib. Lakin 1992-ci ildən başlayaraq isə nüvə sənayesinin inkişafına start verib. 2015 ci il Nüvə Razılaşması isə IМ‡ranın nüvə proqramını nəzarətə gÖtürmək istiqamətindədir və altı mühüm şərtdən ibarətdir.

Razılaşmaya əməl olunacağı təqdirdə ilk addım olaraq IМ‡rana məxsus zənginləşdirilmiş uranın 97 faizi başqa Ölkələrə veriləcəkdi:

“1. IМ‡ran 15 il ərzində yeni AES tikməyəcək və uranı ancaq 3.67 % səviyyəyə qədər zənginləşdirəcək.

2. Uranın zənginləşməsi ücМ§ün işləyən sentrafuqaların sayını 3/2 sini dayandıracaq, yəni 19000 ədəd sentrafuqadan cəmi 6104–ü aktiv olacaqdı. IМ‡rəlidəki 10 il ərzində isə ancaq 5060 sentrafuqa elmi və səhiyyə məqsədi ilə digər materiallarla cМ§alışacaqdı.

3. IМ‡ran ancaq birinci nəsil IМ‡R-1 tipli sentrafuqalardan istifadə edə bilərdi , 10 il ərzində isə yeni model sentrafuqaların istifadəsinə və işlənməsinə qadağa qoyulurdu.

4. Natanzda işləyən yeni IМ‡R-2 nəsil sentrafuqalar isə sÖkülərək MAQATE–nin müşahidəsi və nəzarəti ilə anbarlara yerləşdirilmişdi.

5. 15 il ərzində Furdo obyektində uran zənginləşdirilməyəcək, ora nüvə fizikası üzrə elmi mərkəz kimi fəaliyyət gÖstərəcək və ümumiyyətlə isə IМ‡ran ərazisində irəlidəki 15 il ərzində uranın zənginləşdirilməsi ancaq Natanzda aparılacaqdı.

6. Arakdakı plutoniy emalı zavodundakı avadanlıq isə ya məhv edilməli ya da digər bir Ölkəyə satılmalı və zavod silah ücМ§ün yararlı olmayan plotoniy istehsalı avadanlığı ilə əvəz edilməli idi. Zavodda indiyə qədər Arakda toplanmış nüvə yanacağı digər neytral Ölkəyə verilməli idi”.

Politoloqun sözlərinə görə, IМ‡ran tərəfindən razılaşmanın şərtlərinə əməl edilməsi MAQATE nəzarətindəydi. Razılaşma Özündə IМ‡ran nüvə proqramına 10 illik beynəlxalq nəzarəti nəzərdə tuturdu:

“ABş və IМ‡srailin IМ‡ranın nüvə proqramı ilə bağlı iki fərqli baxışı var. ABş iqtisadi razılaşmalarla IМ‡ranın nüvə proqramını nəzarətə gÖtürmək istəyir , IМ‡srail isə ümumiyyətlə IМ‡ranın nüvə proqramına son qoymasını istəyir. Hal hazırda IМ‡ran IМ‡sraillə IМ‡raqda, Suriyada, Livanda, Qəzzada və dənizdə hərbi qarşıdurması mÖvcuddur ancaq buna qədər IМ‡ran rəqibləri ilə acМ§ıq qarşıdurmadan qacМ§maqla gərginliyi məhdudlaşdırırdı. Bu günlərdəki gərginlik həm də Tehranın Hind Okeanında IМ‡srail mallarını daşıyan Yaponiyaya məxsus “Mercer Street” tankerinə hücum etməsi ilə bağlıdır.

IМ‡ranın nüvə silahını əldə etməsi IМ‡sraildən daha cМ§ox regionda ABş-ın maraqlarına cavab vermir. CМ§inki bu halda Misir və Səudiyyə Ərəbistanı kimi digər regional oyuncМ§ular ABş-ın IМ‡srail maraqlarını yetərincə qorumamasına görə Öz nüvə arsenallarını qurmağa qərar verəcəklər.

Bu da Özlüyündə onsuz da barıt cМ§əlləyi kimi olan regionda eskalasiyanı gərginləşdirəcək.

Bəs IМ‡ranın nüvə texnologiyasında irəliləməsi ilə bağlı qorxular nə dərəcədə haqlıdır, sualı isə hələ də acМ§ıqdır. Məsələ ondadır ki, IМ‡ranın nüvə partlayıcı qurğular ücМ§ün lazım olan uranın 90% səviyyədə zənginləşdirdiyinə dair IМ‡ran rəsmilərinin sözündən başqa hecМ§ bir dəlil yoxdur”.



Geri qayıt