Əsas Səhifə > Dünya > Putin və Bəşər Əsəd Türkiyə-Rusiya atəşkəs razılaşmasını müzakirə ediblər
Putin və Bəşər Əsəd Türkiyə-Rusiya atəşkəs razılaşmasını müzakirə ediblər7-03-2020, 11:30 |
Rusiya və Suriya prezidentləri telefon bağlantısında İdliblə bağlı atəşkəs anlaşmasını müzakirə ediblər. SalamNews SANA-a istinadla xəbər verir ki, Putin-Ərdoğan görüşünün ardından Rusiya və Suriya prezidentləri arasında telefon bağlantısı baş tutub. Tərəflər bu telefon bağlantısında İdliblə bağlı atəşkəsi müzakirə ediblər. Putin Ərdoğanla apardığı danışıqlar haqda qarşı tərəfə məlumatlar verib. Vladimir Putinin sözlərinə görə, Rusiya-Türkiyə razılaşmasının həyata keçirilməsi İdlibdə sabitliyi təmin edəcək. SANA-anın məlumatına görə Bəşər Əsəd Rusiya prezidentinə ölkəsinin Suriyanın suverenliyi və ərazi bütövlüyü barədə atdığı addımlara və terrora qarşı mübarizənin aparılmasında verdiyi dəstəyə görə təşəkkür edib. Geri qayıt |