Əsas Səhifə > Dünya > Rusiyanın Əsədə verdiyi S-300-ləri İran idarə edəcək
Rusiyanın Əsədə verdiyi S-300-ləri İran idarə edəcək12-10-2018, 09:45 |
Rusiyanın Suriyaya verdiyi S-300 zenit raket komplekslərini İrandan olan mütəxəssislər idarə edəcəklər. Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrailin “DEBKA fayl” portalı yayıb. Məlumata görə, Moskva bilərəkdən Əsəd rejiminə 2016-cı ildə İrana verdiyi S-300-lərin bənzərini verib. Hazırda İran hərbçilərinin Suriyaya yerləşdirilməsi prosesinin aktivləşdirildiyi bildirilib. Hesab edilir ki, bununla Moskva öz hərbçilərinin təhlükəsizliyini təmin edəcək. Geri qayıt |