Əsas Səhifə > Dünya > ABŞ-ın bu hissəsində fövqəladə vəziyyət elan olundu
ABŞ-ın bu hissəsində fövqəladə vəziyyət elan olundu3-03-2018, 09:41 |
ABŞ-ın Merilend ştatında kəskin hava şəraiti və güclü küləklə əlaqədar fövqəladə vəziyyət elan edilib. Trend-in məlumatına görə, Merilenddə, eləcə də qonşu Virginiya ştatında 3 nəfər həlak olub. Bildirilir ki, ümumilikdə ABŞ-ın şərq sahilində 5 nəfər kəskin havanın qurbanı olub. Virginiya ştatında fövqəladə vəziyyət ötən gündən elan olunub. Paytaxt Vaşinqtonda isə dövlət idarələri və məktəblər işləyməyib. Ümumilikdə 700 min adam işıqsız qalıb. Geri qayıt |