Əsas Səhifə > Dünya > Müxalifət lideri seçkinin nəticəsini qəbul etmir
Müxalifət lideri seçkinin nəticəsini qəbul etmir30-10-2017, 08:27 |
Makedoniyada əsas müxalifət lideri oktyabrın 29-da keçirilmiş yerli seçkilərin nəticəsini qəbul etməyəcəyini deyir. Hakim Sosial Demokratlar (SDSM) 19 bələdiyyədən 10-da qələbə çaldığını bildirir. Oktyabrın 16-da keçirilmiş birinci raundda həmin bələdiyyələrdə qalib bilinməmişdi. Amma hakim SDSM 81 bələdiyyədən 40-da udmuşdu. Paytaxt Skopyedə də hakim partiya qalib gəlib. Müxalif VMRO-DPMNE partiyasından Nikola Gruevski deyib ki, nəticələri tanımayacaq, o texniki hökumətdən təkrar seçki keçirməyi tələb edib. Gruevski mərkəzi seçki komissiyası sədrinin istefasını, iddia olunan seçki fırıldağının araşdırılmasını tələb edib. Sosial demokratlardan baş nazir Zoran Zaev Gruevski-nin iddialarını rədd edib. Geri qayıt |