Əsas Səhifə > Dünya > Bərzani niyə istefaya getdi

Bərzani niyə istefaya getdi


30-10-2017, 08:01
Bərzani niyə istefaya getdi
İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefaya getməklə regionun müstəqilliyi ideyasının məğlubiyyətə düçar olması ilə bağlı məsuliyyəti digər kürd partiyaları ilə bölüşmək istəyir.

Axar.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə açıqlamasında ərəb politoloq Şadi Abdel Vahab söyləyib.

"Bərzani Bağdadın qarşısındakı məğlubiyyətin məsuliyyətini bütün kürd partiyaları arasında bölüşdürmək istəyir. Bununla o, muxtariyyətə İraq tərəfindən olan təzyiqi zəiflətmək niyyətindədir. Bərzani kürdlərin birliyini qorumaq istəyir. Bununla belə Bərzani regionun siyasətində əsas rolu oynamaqdan imtina etməyəcək", - deyə o bildirib.

Qeyd edək ki, Məsud Bərzani noyabrın 1-də istefaya gedəcəyini açıqlasa da, oktyabrın 29-da səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı parlamentə müraciət ünvalayıb.

Səsvermə nəticəsində Bərzaninin təklifi qəbul edilib.

Geri qayıt