Əsas Səhifə > Dünya > Makedoniyadan Yunanıstana çağırış

Makedoniyadan Yunanıstana çağırış


1-09-2017, 09:06
Makedoniyadan Yunanıstana çağırış
Avqustun 31-də Makedoniya Yunanıstanı çağırıb ki, В«yeni reallığıВ» qəbul etsin – Skopyenin yeni hökuməti Avropa Birliyi və NATO-ya qoşulmaq yolundakı qalan əngəllərin həllinə çalışır.

Skopyedə yunanıstanlı həmkarı Nokos Kotzias-la görüşdən sonra Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov deyib:

В«Ümid edirik, Yunanıstan Makedoniyadakı yeni reallığı və bizim səmimi dostluq arzumuzu dərk edəcək. Avropaya inteqrasiyanı gözləyir, kömək və dəstəyə ümid edirikВ».

Baş nazir Zoran Zaev-in yeni hökuməti mayda işə başlayıb və NATO, AB-yə qoşulmaq prosesini sürətləndirməyə boyun olub.

Kotzias deyib ki, Afina Makedoniyanın AB-yə qoşulmasına tam dəstək verəcək.

Geri qayıt