Əsas Səhifə > Dünya > 'İran əsl rəngini göstərir'

'İran əsl rəngini göstərir'


1-09-2017, 08:36
'İran əsl rəngini göstərir'
Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley avqustun 31-də bildirib ki, İran Fələstinin В«HəmasВ» yaraqlı qruplaşmasıyla əlaqələri yeniləməklə və onlara silah verməklə В«əsl rənginiВ» göstərir.

В«HəmasВ»ın yeni rəhbəri Yahya al-Sinwar bu həftə deyib ki, İran qruplaşmanın hərbi qanadı olan В«İzz ad-Din əl-KassamВ» briqadasının ən böyük dəstəkçisinə çevrilib və В«HəmasВ»ın İranla əlaqələri В«fantastikdirВ».

Haley Sinwar-ın bəyanatını В«sarsıdıcı etirafВ» adlandırıb və deyib ki, İranın В«HəmasВ»la əlaqələri BMT-nin İranın silah ixracına qadağasının pozulmasıdır.

В«İran əsl rəngini göstərir. İran qərar verməlidir – ya beynəlxalq öhdəliklərinə ciddi əməl edən bir ölkəyə, ya da cihadçı terrorçu təşkilatın liderinə çevrilmək istəyir. İkisi eyni vaxtda mümkün deyilВ», – Haley deyib.

Birləşmiş Ştatlar В«HəmasВ»ı terror təşkilatı hesab edir. В«HəmasВ» 2008-ci ildən İsraillə üç müharibə aparıb.

Geri qayıt