Əsas Səhifə > Dünya > ATƏT-dən Estoniyaya çağırış
ATƏT-dən Estoniyaya çağırış31-08-2017, 09:09 |
![]() Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) avqustun 30-da Estoniyanı çağırıb ki, iki rusiyalı jurnalistə qadağanı geri götürsün. Həmin jurnalistlər gələn ay Tallində Avropa Birliyinin toplantısını işıqlandırmağa buraxılmır. В«Estoniyanı akkreditasiya verməmək qərarına yenidən baxmağa çağırıramВ», – qurumun media azadlığı üzrə təmsilçisi Harlem Desir Twitter-də yazıb. Estoniya həmin jurnalistləri AB xarici işlər nazirlərinin sentyabrın 7-də keçiriləcək toplantısına buraxmır, onların xəbər mediasının В«mətbuat azadlığı adı altında düşmən, təxribatçı fəaliyyət və təbliğatla məşğul olduğunuВ» bildirir. TASS jurnalistlərin В«Russia TodayВ» xəbər agentliyini təmsil etdiyini bildirir. В«EUobserverВ» portalıysa yazır ki, onlar В«SputnikВ» vebsaytının sahibi olan В«Rossiya SegodnyaВ» şirkətindəndirlər, bu sayt В«qondarma antiqərb kontentiВ» ilə ad çıxarıb. Avropa Parlamenti В«SputnikВ»i В«yalançı xəbər agentliyiВ», В«Sərhədsiz ReportyorlarВ» təşkilatı В«jurnalistikanın düşməniВ» adlandırır. Avropa Jurnalist Assosiasiyasının rəhbəri Ricardo Gutierrez Estoniyanı В«media azadlığına ciddi hücumВ»da ittiham edib. Geri qayıt |