Əsas Səhifə > Dünya > Ağ ev Rusiya-Monteneqro məsələsindən narahatdır
Ağ ev Rusiya-Monteneqro məsələsindən narahatdır13-04-2017, 09:08 |
![]() Ağ ev aprelin 12-də bildirib ki, Rusiyanın ötən ilin oktyabrında Monteneqroda seçkilərə müdaxilə cəhdləri barədə В«etibarlıВ» məlumatlardan narahatdır. Bu ittiham Monteneqro NATO-ya rəsmən üzv olandan sonra çıxıb. Bu arada ABŞ prezidenti Donald Trump Vaşinqtonda NATO-nun baş katibi Jens Stoltenberg-lə görüşüb. В«Rusiyanın oktyabrda Monteneqroda seçkiyə müdaxiləsi, seçki günü hökumətə Rusiyanın dəstəyilə hücum cəhdi barədə etibarlı məlumatlardan narahatıqВ», – Ağ evin yüksəkrütbəli rəsmisi jurnalistlərə deyib. Bu keçmiş Yuqoslaviya Respublikasının xüsusi prokuroru bildirib ki, rusiyalı millətçilər müxalifət partiyasını hakimiyyətə gətirməkdən ötrü baş nazir Milo Djukanovic-ə sui-qəsd hazırlayıblarmış. Moskva və Monteneqronun müxalifət partiyaları bu məlumatları təkzib edib. Geri qayıt |