Əsas Səhifə > Dünya > Qazaxıstanda Putin-i tənqid edənə 3 il verilib
Qazaxıstanda Putin-i tənqid edənə 3 il verilib29-12-2016, 09:33 |
![]() Qazaxıstanda internetdə V.Putin-ə qarşı status yazmış şəxsə 3 illik cəza verilib. İşadamı Sanat Dosov Facebook-da yazdığı statuslarına görə mühakimə olunub. 2014-cü ildən bu yana yazdığı şərhlərdə o, V.Putin-in Rusiyanı dağıtdığını deyib, onun sosial siyasətini tənqid edib, Ukraynanın şərqində münaqişələrə görə Rusiyanı pisləyib. Prokurorlar bu cür şərhlərin qanunu pozduğunu, В«sosial ixtilafВ» yaratdığını deyiblər. Aktobe şəhər Məhkəməsinin qərarına əsasən, S.Dosov 3 illiyinə islahedici əmək koloniyasına göndərilib. 46 yaşlı S.Dosov Qazaxıstanda В«İhtiyarВ» adlı vətəndaş qrupunun sədridir. O, tənqidi şərhləri yazdığını etiraf edib. 6 uşağı olduğundan həbsə göndərilmək istəmədiyini söyləyib. Geri qayıt |