Əsas Səhifə > Dünya > ABŞ-ın 500-ə yaxın iri şirkəti ofşor zonalarda 1,3 trilyon dollar gizlədir

ABŞ-ın 500-ə yaxın iri şirkəti ofşor zonalarda 1,3 trilyon dollar gizlədir


15-04-2016, 09:52
ABŞ-ın 500-ə yaxın iri şirkəti ofşor zonalarda 1,3 trilyon dollar gizlədir
ABŞ-ın 500-ə yaxın iri şirkəti xarici ofşor zonalarda 1,3 trilyon dollara yaxın pul gizlədir. "APA-Economics" xəbər verir ki, belə bir məlumat "Oxfam" təşkilatının "Broken at the Top" adlı araşdırmasında yer alıb.

Araşdırma nəticəsində məlum olub ki, "Pfizer", "Goldman Sachs", "Dow Chemical", "Chevron", "Wallmart", IBM Рё "Procter and Gamble" kimi dünya brendləri ofşor zonalarda 1 600-ə yaxın törəmə şirkətlər yaradıb və dolayı yolla vergilərdən yayınıb.

"Bu üsula əl atmaqla transmilli holdinqlər 240 milyard dollar həcmində vergidən yayınır", - deyə məlumatda qeyd edilir.

Geri qayıt