Əsas Səhifə > Ölkə, Manşet > Qorxmaz Hüseynovun prezidentə söylədiyi 6 milyonluq YALAN – Böyük pulların xərcləndiyi park çökdü
Qorxmaz Hüseynovun prezidentə söylədiyi 6 milyonluq YALAN – Böyük pulların xərcləndiyi park çökdü17-01-2015, 12:37 |
DİA.AZ: - Məlum olduğu kimi, keçən ilin dekabar ayının 24-də prezident İlham Əliyev Bakıda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib. Qeyd edək ki, parkın açılışında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verib. Şünki parkın qurulması xərcləri məhz “Azərsu” tərəfindən çəkilib. Rəsmi qaydada açıqlanmasa da, təzminən 6 milyon manatlıq vəsaitin xərcləndiyi iddia olunur. Bildirək ki, sözügedən park “Azərsu” ASC-nin “+82 Qərb” su anbarının ərazisində, Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində salınıb. Park salınarkən su anbarlarının təhlükəsizliyi üçün əvvəlcədən bütün texniki tədbirlər görüldüyü iddia olunsa da və ən əsası bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov tərəfindən prezident İlham Əliyevə məruzə olunsa da, DİA.AZ-a daxil olan məlumat bunun tam əksini söyləyir. Və aydın olur ki, Qorxmaz Hüseynov, yumşaq dillə ifadə etsək, sadəcə olaraq prezidenti ALDADIB. Belə ki, DİA.AZ-a danışan həmin ərazinin sakinlərindən birinin verdiyi informasiyaya görə, yeni salınmış park əslində su anbarının üzərində qurulduğundan və parkın altında böyük gölməçənin qalması səbəbindən xərclənən pulların həcminə baxmayaraq, qısa müddətdən sonra fəsadlar dərhal özünü göstərib. Yasamal sakininin diaaz.space-a söylədikləri: “Yanvar ayının 9-u axşam saatlarında yeni parkın böyük bir hissəsi altının gölməçə olması səbəbindən çökdü. Təsəvvür edin, dövlətin milyonlarını boşuna sərf edən “Azərsu” rəhbərliyinin cənab prezidentə bəh-bəhlə təqdim etdiyi park heç 15 gün də duruş gətirə bilmədi”. Amma ən maraqlısının isə bundan sonra baş verdiyini söyləyən Yasamal sakini diaaz.space-a bildirir ki, dərhal əraziyə cəlb olunan “Azərsu” işçiləri hadisə yerini dövrəyə alaraq, kimsəni ora buraxmayıblar: “Hiss olunurdu ki, hadisənin baş verməsinin qarşısının alınmasından çox, hadisənin gizlədilməsinə çalışırlar. Səhərə qədər çalışan fəhlələr əvvəlki görkəmi qaytara bilsələr də, əvvəlki arxayınçılığı kimsə qaytara bilməz. Çünki artıq məlumatı olan Yasamal sakinləri həmin parkda istirahət etməui ağıllarından belə keçirmirlər. Çünki açıq risqdir”. Geri qayıt |