Əsas Səhifə > Ölkə, Manşet > Ziya Məmmədovun ən gözəgəlimli projesi də iflasa uğradı - «London taksi»ləri baş bəlasına çevrilib
Ziya Məmmədovun ən gözəgəlimli projesi də iflasa uğradı - «London taksi»ləri baş bəlasına çevrilib15-10-2014, 12:27 |
DİA.AZ: - Bu günlərdə məlum oldu ki, Bakıya daha 500 «London taksisi» gətiriləcək. Bu barədə mətbuata açıqlama verən nəqliyyat nazirliyinin rəsmiləri bildirdilər ki, taksilərlə yanaşı, Bakıya avtobuslar da gətiriləcək. Bizim işimiz avtobuslarla deyil. Taksi məsələsi isə kifayət qədər qaranlıqdır. Bu barədə DİA.AZ-a NN-dəki mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, avqust ayında yeni taksi partiyasının gətiriləcəyini bildirən NN aradan 3 aya yaxın vaxtın keçməsinə baxmayaraq, hələ də elan etdiyi 500 taksini Azərbaycana gətirə bilmir. Amma bu da hamısı deyil. Məlumatlı mənbə diaaz.space-a bildirir ki, ümumiyyətlə, bu günə kimi Bakıya gətirilən 1500 taksinin özündə də problemlər var: «NN rəhbərliyi şəxsi nüfuzundan istifadə edərək ölkəyə gətirdiyi «London taksi»ləri üçün tələb olunan müvafiq gömrük rüsumlarını ödəməyib. Yalnız gətirilmiş 500 taksiyə görə, dövlətin vergisi ödənib, yerdə qalan 1000 taksi üçün isə gömrük rüsumu ödənmədiyindən, nazirliyin alqı-satqısı üçün pulunu belə ödədiyi əlavə 500 taksi Azərbaycana buraxılmır». Xəbəri verən qaynaq bildirir ki, həm köhnə gömrük rüsumuna görə yaranmış borcunu və həm də yeni maşınlara görə, verməli olduğu gömrük rüsumunu ödəmək fikrində olmayan "Baku Taxi Company"nin Azərbaycan qanunlarını saya salmaması nəticədə həmin «London taksi»lərinə görə haqq ödəyən və günü bu gün də haqq ödəməkdə olan sürücülərə problem yaradıb. Araşdırmalarımız davam edir. Yeni məlumatlar olacaq. Bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |