Əsas Səhifə > Ölkə, Manşet > Mandatı şübhə altına düşən deputatların əksəriyyəti təlaş içindədir

Mandatı şübhə altına düşən deputatların əksəriyyəti təlaş içindədir


1-09-2014, 12:12
Mandatı şübhə altına düşən deputatların əksəriyyəti təlaş içindədir
DİA.AZ: - «Hakimiyyət tərəfindən qarşıdan gələn parlament seçkilərinə ciddi tədarük görülür. 2015-ci ilin parlamenti həm də iqtidar düşərgəsinin mövcud durumunun təzahürü kimi də qəbul ediləcək. Yəni hakimiyyət ciddi dəyişikliklərə qərarlıdır». Bu ilginc məlumatı DİA.AZ-a verən qaynaq iddia edir ki, növbəti parlament seçkilərində hazırki deputatların əksəriyyətinin yeni Milli Məclis heyətindən kənarda qalacağı şübhəsizdir.

Mənbənin diaaz.space-a söylədikləri: «Yeni Milli Məclisin tərkibinə düşə bilməyən bəzi millət vəkilləri artıq indidən təlaşdadırlar. Onlar yenidən hökumətin etimadını qazanmaları üçün hərəkətə keçiblər. Amma bundan sonra baş verəcəklər vəziyyəti az dəyişə bilər».

Artıq həlleidici qərarların verildiyini bildirən mənbə maraqlı bir açıqlamada da bulundu: «Qocaman YAP-çılardan olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev kimi şəxslərə təkrar etimad oluna bilər. Hələlik qəti qərar yoxdur. Amma həm Əli Nağıyevin və həm də AzTV-nin sabiq rəhbəri Nizami Xudiyvin təkrar etimada layiq görülmələri gözlənilir».

Geri qayıt