Əsas Səhifə > Ölkə, Manşet > Daha bir nazirlikdə total kadr islahatları gözlənilir

Daha bir nazirlikdə total kadr islahatları gözlənilir


12-08-2014, 12:55
Daha bir nazirlikdə total kadr islahatları gözlənilir
DİA.AZ: - Daha bir nazirlikdə total kadr dəyişikliyi planlaşdırılır. Bu barədə DİA.AZ-ı məlumatlandıran Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, növbəti dəyişikliklər bumu Maliyyə Nazirliyində gözlənilir.

Məlumatı verən mənbə iddia edir ki, bir çox dövlət qurumlarının «qara kabusuna» çevrilən maliyyə nazirliyinin ekspert heyətində böyük dəyişikliklər planlaşdırılır. Mənbəmiz diaaz.space-a açıqlamasında bunun ilginc səbəblərinin olduğunu da bildirib.

Mənbənin söylədikləri: «Bu günlərdə maliyyə nazirliyinin təftişçi qruppu nüfuzlu oliqarx-məmurlardan birinin rəhbərlik etdiyi nazirliklə bağlı çox ciddi maliyyə maxinasiyalarının həyata keçirildiyini təsdiqləyən sənədləri ifşa edərək, üst qurumlara açıqlayıb. Bu fakt isə həmin oliqarx-məmur tərəfindən böyük təpgi ilə qarşılanıb».

diaaz.space-a daxil olan informasiyada qeyd olunur ki, bunun ardından hərəkətə keçən nüfuzlu məmurumuz nəhayətdə nəinki hesabatın ləğvinə nail olur, həm də həmin təftişçi qrupun cəzalandırılması üçün də qərar əldə edir: «Yaxın günlərdə dəyişiklik qərarı ictimailəşəcək».

Onu da bildirək ki, əlimizdə konkret faktlar olmadığından təftişə uğrayan oliqarx-məmurun kimliyini açıqlamırıq. Əlavə bilgiləri verəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt