Əsas Səhifə > Ölkə, Manşet > Səlim Müslümovun işdən qovduğu keçmiş işçisi onunla bağlı şok faktları açıqladı

Səlim Müslümovun işdən qovduğu keçmiş işçisi onunla bağlı şok faktları açıqladı


20-06-2014, 13:17
Səlim Müslümovun işdən qovduğu keçmiş işçisi onunla bağlı şok faktları açıqladı
DİA.AZ: - Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova qarşı şok ittiham var. Bu barədə DİA.AZ-a danışan nazirliyin rayon şöbələrindən birin sabiq rəhbərlərindən biri adının çəkilməməsi şərtilə ilginc faktları açıqlayıb.

Qeyd edək ki, zamanında Fizuli Ələkbərovla çalışan rayon şöbə müdiri özünün işdən əsassız çıxarıldığını vurğulamaqla yanaşı, Səlim Müslümovla bağlı ilginc faktları da açıqladı.

Xatırladaq ki, keçən ilin noyabr ayında Səlim Müslümov nümayişkaranə şəkildə regionlar üzrə fəaliyyət göstərən Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) 14 sədri tutduğu vəzifədən azad etdi ki, sonradan bunun yenicə olaraq nazir təyin edilmiş Müslümov tərəfindən daha çox piar kampaniyası effekti daşıdığı da tam çılpaqlığı ilə ortaya çıxmış oldu.

Belə ki, ardından yenə də bir sıra populist gedişləri ilə diqqətə gələn Səlim Müslümov artıq «reklam dönəmi» bitdiyindən indi fərqli metodlarla özünütəbliğə çalışır. Bu barədə məlumatlı mənbənin diaaz.space-a söylədikləri:

«Məsələn, bu bir faktdır ki, verilən hesabatlarda keçmiş nazir Fizuli Ələkbərovun dövründə görülən işlərin hesabatı Səlim Müslümovun nailiyyəti kimi təqdim olunur. Eyni zamanda Səlim Müslümov sabiq nazirin dövründə yarımçıq qalmış işləri davam etdirməkdən başqa bir fəaliyyətdə bulunmayıb».

Mənbə bildirir ki, keçmiş nazir yalnız pafoslu danışmağı sevir: «Onun ünvanlı sosial yardımı alan vətəndaşların siyahısını açıqlaması da pafos idi və sırf olaraq «obıvatel»lərə işləmək üçün nəzərdə tutulmuşdu. Çünki bu gün nazirlikdə çalışanların böyük əksəriyyəti yaxşı bilir ki, Səlim Müslümov nazir təyin olunandan sonra ƏƏSMN-də rüşvətin qiyməti də qalxıb».

Mənbəyə görə, əgər Fizuli Ələkbərov onlarla kadrı pul almadan yüksək vəzifəyə təyin etmişdisə, bu gün həmin postları Səlim Müslümov rəsmən satışa çıxarıb: «Elə təyinatlar olur ki, arxasında bir milyon manatlıq rüşvət yatır. Əgər bununla bağlı dövlətin müvafiq qurumları araşdırma apararlarsa, Səlim Müslümovun təkcə ictimaiyyəti yox, həm də xalqı aldatdığı məlum olacaq».

Onu da bildirək ki, Səlim Müslümovun işdən çıxardığı ƏƏSMN-nin sabiq idarə rəisi redaksiyamıza ilginc faktları da təqdim edib ki, onları yaxın vaxtlarda oxucularımıza çatdıracağıq. Bizi izləməkdə davam edin…

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt