Əsas Səhifə > Ölkə, Manşet > Artur Rəsizadənin rəhbərliyi ilə Hesablama Palatasının faktları müzakirə olunacaq

Artur Rəsizadənin rəhbərliyi ilə Hesablama Palatasının faktları müzakirə olunacaq


2-06-2014, 11:57
Artur Rəsizadənin rəhbərliyi ilə Hesablama Palatasının faktları müzakirə olunacaq
DİA.AZ: - «Nazirlər Kabinetinin fövqəladə toplantısı gözlənilir». Bu barədə DİA.AZ-a hökumət içindəki məlumatlı mənbələr informasiya ötürüb.

Daxil olan xəbərə görə, NK-nın fövqəladə toplantısında bir sıra qərarların verilməsi gözlənilir.

Mənbə maraqlı bir məlumatı da diaaz.space-a təqdim edib: «İlk dəfə olaraq NK-nın toplantısında qurumun strukturları ilə bağlı Hesablama Palatasının açıqladığı yeyinti faktlarının müzakirəsi gözlənilir. Konkret olaraq hansı qurumla bağlı müzakirə açılacağı dəqiq bəlli olmasa da, hədəfə alınanlar olacaq».

Onu da bildirək ki, NK-nın toplantısının bu günlərə təsadüf edəcəyi də gələn məlumatlar içindədir.

Geri qayıt