Əsas Səhifə > Ölkə, Manşet > Elşad Abdullayevlə bağlı şok məlumat yayıldı - Keçmiş rektorun xaricdə həbs olunması üçün əməliyyat keçirilə bilər
Elşad Abdullayevlə bağlı şok məlumat yayıldı - Keçmiş rektorun xaricdə həbs olunması üçün əməliyyat keçirilə bilər16-05-2014, 12:24 |
DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Belə ki, hökumət içindəki mötəbər mənbə DİA.AZ-a açıqlamasında sabiq ABU rektoru ilə bağlı hüquqi işləmlərin həyata keçi\rildiyini söyləyib. Mənbənin bildirdikləri: «Məlumdur ki, Elşad Abdullayev orqan mafiyası ilə əlaqədar açılmış cinayət işi üzrə ittiham olunaraq beynəlxalq axtarışa verilsə də, keçmiş rektorla bağlı bütün hüquqi sənədləşmələr həyata keçirilməyib. Amma artıq yenidən bu məsələyə qayıdılıb və Elşad Abdullayevin həbs olunaraq Azərbaycana gətirilməsi üçün müvafiq addımların atılmasına hazırlıq gedir». Mənbəmiz diaaz.space-a açıqlamasında hətta Elşad Abdullayevin həbsi üçün xaricdə xüsusi əməliyyatın hazırlana biləcəyini də istisna etməyib. Geri qayıt |