Əsas Səhifə > Ölkə, Manşet > Hizbullah Azərbaycan ərazisində özünün təşkilatını yaradıb – İrandan qidalanan çevrələrin planları
Hizbullah Azərbaycan ərazisində özünün təşkilatını yaradıb – İrandan qidalanan çevrələrin planları15-05-2014, 11:12 |
DİA.AZ: - Məşhur silahlı təşkilatlardan olan və İrana yaxın olduğu şübhə doğurmayan “Hizbullah” Azərbaycanda da təşkilatlanmağa başlayıb. Bu şok iddia DİA.AZ-a daxil olan məlumatda səslənib. İddianı səsləndirən dairələr bildirir ki, “Hizbullah Azərbaycanda "HİZBULLAH QALİBUN" adı altında təşkilatlanır və artıq virtual məkanda fəaliyətə də başlayıb. "Hizbullah Qalibunun" rəhbərinin əsl adının Namiq Həşimzadə olduğunu bildirən mənbə diaaz.space-a yolladığı müraciətində onu da əlvaə edib ki, Azərbaycanda dindarları hakimiyyətə qarşı birləşməyə çağıran bu şəxs İranın “Səhər TV” kanalına verdiyi müsahibəsində də ilginc məqamlara toxunub Onu da bildirək ki, redaksiyamıza Namiz Həşimzadənin İran kanalına müsahibəsinin videosu da göndərilib. Amma orada təhqiredici ifadələr çox olduğöundan təqdim etmirik. Geri qayıt |