Əsas Səhifə > Ölkə, Manşet > Zaqatalada vəhabilərin nüfuzlu siması başçının müavini tərəfindən himayə olunur
Zaqatalada vəhabilərin nüfuzlu siması başçının müavini tərəfindən himayə olunur14-05-2014, 11:27 |
DİA.AZ: - Zaqatala rayon icra hakimiyyəti başçısının müavinlərindən birinin adı vəhabi qalmaqalında hallandırılır. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar informasiya ötürüb. Xəbəri verən mənbə iddia edir ki, Zaqatala RİH başçısının müavinlərindən birinin yaxın qohumu vəhabi təriqətinin rayondakı nüfuzlu simalarından biridir. Mənbənin söylədikləri: «Bu barədə qohumu da məlumatlıdır və hətta dəfələrlə vəhabi qohumuna başçının müavini tərəfindən xəbərdarlıq da edilib ki, təkcə özünü yox, həm də onun mövqelərini təhlükə altına atır. Amma buna baxmayaraq, vəhabi qohum yolundan dönməyib». Mənbə bildirir ki, başçının müavini ilə yaxın qohum olan həmin şəxsin adı bir sıra qalmaqallı olaylarla keçi rvə hətta həmin şəxs Suriyaya müharibəyə Azərbaycandan gənclərin göndərilməsinin təşkilaktçılarından biri kimi də xarakterizə olunmaqdadır: «Bu məsələ hüquq-mühafizə orqanlarının da nəzərlərini cəlb edib. Amma hər dəfəsində başçının müavininin müdaxiləsi vəhabi qohumuna qarşı hansısa addımın atılmasını önləyib». Mənbə diaaz.space-a açıqlamasında bildirir ki, amma bu, uzun çəkməyə də bilər: «Zaqatalada vəhabilərin meydan sulaması ciddi problemdir. Və nəhayətdə dövlət müdaxilə edəcək. Bu halda, qohumu yox, elə özünün də təxmin etdiyi kimi, həm də başçının müavini hədəfə çevrilə bilər». Onu da bildirək ki, redaksiyamıza vəhabi qohumunu himayə edən zaqatalalı məmurun kimliyi bəlli olsa da, bu barədə əlavə bilgiləri əldə edə bilməməyimiz səbəbindən ad açıqlamırıq. Amma araşdırmalarımız davam edir və Zaqataladan geniş reportajı yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin… Geri qayıt |