Əsas Səhifə > Ölkə / Manşet > Binəqədidə özbaşına salınan binələr...
Binəqədidə özbaşına salınan binələr...Bu gün, 10:23 |
Biləcəridə növbəti qanunsuz tikinti qeydə alınıb. Bu faktı sakinlər özləri üzə çıxarıblar. Məsələ ilə bağlı XALQ -a verilən məlumatına görə sözügedən tikinti tamamilə qanunsuz və gizli şəkildə həyata keçirilir. Tikinti Biləcəri qəsəbəsi ərazisində aparılır. Tikinti işlərinə bayramqabağı — nəzarət orqanlarının fəaliyyəti zəiflədiyi bir dövrdə start verilib. Bu, Bakıdakı “klassik sxem”dir: tikinti ya şənbə-bazar günləri, ya da uzunmüddətli istirahət günlərində həyata keçirilir ki, nə yerli icra hakimiyyəti, nə də şəhərsalma qurumları müdaxilə edə bilsin. Məqsəd isə açıqdır — qanunsuzluğu ört-basdır etmək, tikintini nəzarətdən yayındırmaq. İddialara görə Binəqədi icra hakimiyyəti ilə “razılaşma” əsasında bu işlər görülür. Qeyd edək ki, Binəqədi rayonu ərazisində bu lk deyil. Geri qayıt |