Əsas Səhifə > Ölkə / Manşet > SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə...

SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə...


Bu gün, 08:57

SOCAR strukturlarında, konkret olaraq "Azəriqaz" İstehsalat Birliyində absurd və əsassız kütləvi ixtisar və işdənçıxarma dalğası amansız xarakteri ilə davam etməkdədir. Qeyd edək ki, bu məsələ ilə bağlı davamlı olaraq problemləri diqqətə çatdıran Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti faktla çıxış edərək, əlaqədar qurum və şəxslərdən prosesə təcili müdaxilə tələb edib.

"DİA-AZ" olaraq NHMT sədrinin növbəti açıqlamasını təqdim edirik:

"SOCAR Azəriqaz İB Salyan RQİİ Hacıqabul XS növbətçi çilingər işləyən Feyruz Rəhimovovun da sürücülük vəsiqəsi olmadığı üçün ona da ixtisara düşməsi ilə əlaqədar bildiriş verilib.

✅ Vəzifə ixtisar olunmayıb. Sadəcə tələb qoyulub ki, növbətçi çilingərlərin sürücülük vəsiqəsi olmalıdır..."

Yəni aydın şəkildə görünür ki, əslində çilingərdən sürücülük vəsiqəsi tələb edənlər onu işdən çıxara bilmələri üçün bəhanə peşindədirlər. 

Buna işarə edən M.Qəhrəmanlı həmçinin qeyd edir ki, rəhbərliyin xəbərdarlığını alan Feyruz Rəhimovun iki oğlu var Qarabağda döyüşüblər. Hər ikisi də işsizdir. Həyat yoldaşı isə xəstədir. Yəni ailəni dolandıran tək o idi ki, onun də qələmini "Azəriqaz"ın tamahı daş yaran məmurları qırmış oldular...

Geri qayıt