Əsas Səhifə > Ölkə, Manşet > Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU...
Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU...16-04-2024, 09:18 |
"Sabirabad rayonunun Ulacalı və Qruzma kəndlərini birləşdirən çox təhlükəli bir körpü var. İşimlə əlaqədar ayda bir neçə dəfə həmin körpüdən istifadə etməli oluram. Həmin körpüdən istifadə edən sakinlər hər dəfə ödəniş edirlər, minik maşınları 50 qəpik, böyük maşınlar isə 1 manat. Hər dəfə həmin körpüdən keçərkən həyəcan keçirir, bir gün Kür çayında batacağımı düşünürdüm, belə bir körpünün varlığına hansı qurumun icazə verdiyini özümə sual edirdim". diaaz.space bildirir ki, bunu öz etirazında tanınmış jurnalist, criminal.az saytının baş redaktoru Anar Məmmədov qeyd edib. Jurnalist daha sonra bildirir: "Bu gün ağlıma gələn başıma gəldi, həmin körpüdən keçərkən maşının qabaq təkərləri qum doldurulmuş kisədən sürüşərək çaya düşdü. Kənd sakinlərinin köməyi ilə əraziyə çağırdığım başqa avtomobilə qoşqu edərək düşdüyüm yerdən çıxarıldım. Əraziyə toplaşan kənd sakinlərindən öyrəndim ki, həmin körpü Anar adlı şəxsin nəzarətindədir. O, şəxsi maraqlarına görə dövlət qurumları ilə anlaşaraq həmin körpünü qəzalı və insan həyatı üçün təhlükəli olmasıba baxmayaraq, pul yığmaqda davam edir. Məni az qala çay apara, körpünün pul yığanı üstümə düşüb ki, maşınların gəlhagəl vaxtı işimi "sorvat" etdin… Həmin Anarla əlaqə saxladım, bildirdi ki, körpüdən yığdığı pulla dövlətə vergi ödəyir, şəhid və qazi ailələri saxlayır və s. Utanmadan deyir ki, hadisə hər yerdə olur, göydə təyyarə, yerdə avtomobil də qəzaya uğrayır. Aidiyyatı dövlət qurumlarına, şəxsən fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edirəm, qısa zamanda həmin əraziyə yoxlama göndərsin və gələcək facilərin qarşısını alsın. Sonra gec olacaq…" Geri qayıt |