Əsas Səhifə > Ölkə, Manşet > 80 manat rüşvəti verə bilməyən Bakı sakini Mikayıl Cabbarova ağız açdı

80 manat rüşvəti verə bilməyən Bakı sakini Mikayıl Cabbarova ağız açdı


12-03-2014, 09:41
80 manat rüşvəti verə bilməyən Bakı sakini Mikayıl Cabbarova ağız açdı
DİA.AZ: - Redaksiyamıza müraciət edən Bakı sakini Lalə Qarayevə təhsil sistemindəki özbaşınalıqlardan giley-güzar edir. Vətəndaş DİA.AZ-a etdiyi müraciətində təhsil naziri Mikayıl Cabbarova sadaladağı faktların çatdırılmasını, imkansızlıq içində olduqlarından tələb olunan rüşvəti verə bilməyəcəklərini, onlara bu işdə yardımın göstərilməsini xahiş edir.

Lalə Qarayevanın diaaz.space-a yazdığı müraciətində deyilir: «13 saylı Bakı peşə liseyində təhsil alan bacımdan imtahan sezonundan pul tələb etdilər. Yəni burada rüşvət aşkarcasına yığılır. Təhsil verməsələr də, rüşvəti rahatlıqla tələb edirlər. Nə isə… İmtahanlarda tələb etdikləri rüşvəti birtəhər düzəldib, yoluna qoyduq.

Sonra da bacımdan praktikada təcrübə keçməsi barədə arayış istədilər. Bildirdilər ki, bu da olmalıdır. Halbuki bacım hansısa təcrübədə iştirak etməmişdi və 13 saylı peşə liseyindən bu barədə hansısa təşəbbüs olmamışdı. Biz də belə bir arayışı düzəldə bilmədik. Əvəzində kurs işi yazmasını tələb etdilər. Halbuki digər peşə liseylərində belə bir qayda yoxdur.

Sonradan aydın oldu ki, bu da tələdir - rüşvət tələsi. Bizim isə elə bir imkanımız yoxdur. Kurs işi bəhanəsiylə bacımdan əlavə olaraq 80 manat pul istədilər».

Bacısının artıq 3 ildir 13 saylı peşə liseyində təhsil aldığını bildirən Lalə Qarayevə diaaz.space-a etdiyi müraciətində onu da vurğulayır ki, direktorun yanında olsa da, problemi yoluna qoya bilməyib: «Direktordan nəinki müəllim adına, insan adına yaraşmayan kobudluqlar gördüm. Hətta mənə açıq şəkildə dedi ki, «məgər mən burda elə-belə oturmuşam»… Xahiş edirəm, bizə kömək edin, şikayətimizi nazirə çatdırın. Bizim 80 manatımız yoxdur və biz artıq rüşvət verməkdən yorulmuşuq».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt