Əsas Səhifə > Ölkə, Manşet > Nurçuların məktəblərində təhsil alan məmur övladlarının şok siyahısı
Nurçuların məktəblərində təhsil alan məmur övladlarının şok siyahısı11-03-2014, 11:53 |
DİA.AZ: - Redaksiyamızın elektron ünvanına çox ilginc bir məlumat daxil olub. Xatırladaq ki, hələ bir müddət əvvəl ölkədə nurçu-vəhabi mövzusunu yenidən qızışdıran çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bildirmişdi ki, bu gün məmurların əksəriyyətinin övladları, yaxınları sözügedən təhlükəli təriqətlərlə birbaşa və yaxud da dolayısı ilə bağlıdırlar. Qeyd edək ki, həmin ərəfədə mətbuatda müəyyən siyahılar açıqlansa da, həmin siyahılar dolğun hesab olunmadı. Odur ki, diaaz.space-ın elektron ünvanına göndərilən bu siyahının bütün ölkədə böyük rezonans yaradacağı şübhəsizdir. Siyahı ilə tanış olun: Övladları, ailə üzvləri “Çağ Öyrətim”in universitet, litsey və gimnaziyalarında məzun olmuş və təhsil alan məşhurlar 1. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəvəsi 2. PA-nın şöbə müdiri Süleyman İsmayılovun övladı 3. PA-nın şöbə müdiri Fatma Abdullazadənin oğlu (Türkiyədəki universitetdə) 4. Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənovun oğlu 5. ARDNŞ-in prezidenti, deputat Rövnəq Abdullayevin oğlu 6. ARDNŞ-in beş vitse-prezidentinin övladları 7. Gömrük Komitəsinin sədr müavinlərinin övladları 8. Milli Məclisin 72 deputatının övladları 9. «Azərsu» prezidenti Qorxmaz Hüseynovun oğlu 10. Hərbi Prokuror Xanlar Vəliyevin, qardaşları Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin və böyük iş adamı, Bəylər Eyyubovun qudası Şahmar Vəliyevin bütün övladları 11. Sahibkarlara yardım Milli Fondunun rəhbəri Şirzad Abdullayevin oğlu 12. QHT dövlət dəstəyi fondunun rəhbəri, deputat Azay Quliyevin oğlu 13. Milli Məclisin komitə sədrləri Əli Hüseynlinin, Nizami Cəfərovun, Rəbiyyət Aslanovanın, deputatlar Siyavuş Novruzovun, Ceyhun Osmanlının (özü də buranı bitirib), Məlahət İbrahimqızının övladları, 14. YAP gənclər birliyinin rəhbəri Seymur Orucov (Səttar Mehbalıyevin bacısı oğlu və Şəmsəddin Hacıyevin kürəkəni) 15. Çoxsaylı jurnalistlərin, o cümlədən MTRŞ-in sədri Nuşirəvan Məhərrəmlinin, KİVDF-un icraçı direktoru Vüqar Səfərlinin, Mətbuat Şurasının sədri Əflatun Amaşovun övladları 16. 38 rayonun icra başçısının övladları 17. Oqtay Əsədovun, Bahar Muradovanın, Əli Əhmədovun yaxın qohumları 18. DİN, Müdafiə Nazirliyinin, Sərhəd qoşunlarının, Daxili qoşunların rəhbərlərinin, generalların övladları, ailə üzvləri Hər halda, bu siyahıdan da görünəni odur ki, əslində “Çağ Öyrətim”in tədris ocaqlarında az qala hakimiyyətin bütün cinahlarından olan məmurların övladları təhsil alıb. Geri qayıt |