Əsas Səhifə > Ölkə, Manşet > YENİ İŞSİZ ORDUSU YARANA BİLƏR...

YENİ İŞSİZ ORDUSU YARANA BİLƏR...


27-10-2023, 09:16
YENİ İŞSİZ ORDUSU YARANA BİLƏR...
DİA.AZ: - "Bu həm də,ölkədə işsizliyin artmasına köməklik edən bir siyasət hesab oluna bilər!" DİA.AZ bildirir ki, bu çağırışla Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.

"SOCAR "seqment" məsul şəxsləri!" deyərək xitab edən M.Qəhrəmanlı "Ciddi araşdırılmalı və təcili tədbir görülməsi mütləqdir" tələbilə bildirir: "Əgər yazılanlar həqiqətdirsə, kütləvi surətdə işsizliyə rəvac verən rəis cəzalanmalıdır. Deyirlər rəis təzə təyin olunub?!"

DİA.AZ bildirir ki, M.Qəhrəmanlının yuxarıdakı reaksiyasına səbəb isə bir şikayət xarakterli müraciə olub.

Müraciəi olduğu kimi təqdim edirik: "Daxil olan məlumatda qeyd olunur ki, Socar Təhlükəsizlik İdarəsinin rəisi İlkin Hüseynov 23.10.2023-cü il tarixində idarənin 31 saylı komandasının 50 nəfərdən çox işçisi ilə bağlanılmış müvəqqəti Əmək Müqaviləsinin ( zamanında iş daimi xarakterə malik olduğu halda işçilərlə məqsədyönlü qeyri qanuni müvəqqəti müqavilə bağlanılıb.) müddətini uzatmayıb. Bəzi işçilərə də deyiblər ki, siz bu müddətdə (3-4 il müddətində) 2-3 dəfə xəstəlik vərəqəsi təqdim etmişdiniz.

Rəisin öngörənliyi!

Məlum olduğu kimi, Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. ARƏM maddə 45.5. . Rəis işini həm də ehtiyatlı görür ki, gələn il həmin müqavilələr daimi xarakterə malik olmasın . Əgər daxil olan məlumat düzdürsə idarə rəisi cəzalanmalıdır."

Qeyd edək ki, bu şikayəti təqdim edən M.Qəhrəmanlı eyni zamanda ironik təkliflə d müraciət edib: "SOCAR və Neft və Qaz Sənayesi İşçilərinin HT ilə bir Əmr-Qərar hazırlayın və ümumiyyətlə, işçilərə xəstələnməyi qadağan edin..."

Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt