Əsas Səhifə > Ölkə, Manşet > Müştərinin xəbəri olmadan hesabı QARƏT OLUNUR

Müştərinin xəbəri olmadan hesabı QARƏT OLUNUR


4-10-2023, 08:57
Müştərinin xəbəri olmadan hesabı QARƏT OLUNUR
DİA.AZ: - "Şikayətin "Bank Of Baku"nun "DostBank proqramındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Təbriz Əkbərov adlı istifadəçi giley edir.

Müştərinin xəbəri olmadan hesabı QARƏT OLUNUR

Daha sonra narazı vətəndaş yazzır: "Mənim kartımnan "3D security" tələb olunmadan pul çıxardıblar. Deməli, məni birnəfər aldadaraq kartımnan 445 AZN pul çıxartdı. Bu zaman mən aldandığımı bildikdə dərhal BankOfBaku çağrı mərkəzinə(tel:145) zəng edərək hadisəni izah etdim və onlardan hesablarımı dondurulmasını xahiş etdim. Daha sonra Mərkəzi Filiala yaxınlaşaraq təkrar müraciət etdim. Hadisəni izah etdim və onlardan təkrar olaraq bütün hesablarımın dondurulmasını və belə hadisənin qarşısını alınması üçün tədbir görülməsini istədim. Onlar mənə hesabdan çıxarış verdi və hadisənin DostBank proqramı vasitəsi ilə olduğunu və növbəti dəfə təkrarlanmaması üçün qarşısı alındığını bildirdi. Mənə yeni kart təklif etdilər. BankOfBaku-nun əməkdaşı bildirdiki yeni kartdan heçbir təhlükə olmayacaq. Məndə yeni kartı sifariş etdim.Daha sonra mənim yeni kartımnan təkrar 700 AZN pul oğurladılar. Həmdə 3D security kod gəlmədəm. Bu dəfə isə BankOfBaku səhlənkarlığı səbəb olmuşdu. Çünkü mənim kartımnan 1-ci dəfə pul çıxardıqda və mən bu hadisə ilə bağlı BankOfBakunu məlumatlandırdıqda, bank əməkdaşları mənim DostBank mobil tətbiqinin giriş sessiyalarını çıxış etməyiblər. Dələduzda bundan istifadə edərək, pulu çıxardıb. Üstəlik 3D security tələb olunmadan..."

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt