Əsas Səhifə > Ölkə, Manşet > Qiymətləri qaldırtmağı bilir, amma öz içindəki RÜŞVƏTİ YIĞIŞDIRMIR!

Qiymətləri qaldırtmağı bilir, amma öz içindəki RÜŞVƏTİ YIĞIŞDIRMIR!


6-06-2023, 09:05
Qiymətləri qaldırtmağı bilir, amma öz içindəki RÜŞVƏTİ YIĞIŞDIRMIR!
DİA.AZ: - Məlum olduğu kimi, Milli Məclisimzin deputatları qollarını çırmayaraq əməlli-başlı iş görməkdədirlər. Özü də əlavə vaxtda - yəni növbədənkənar iclaslarda... Sifarişçi İsə Baş Dövlət Yol Polisi idarəsidir. DİA.AZ bildirir ki, məhz sözügedən qurumun müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinə xeyli sayda dəyişiklik edilir, daha doğrusu, Məcəllə az qala yenidən yazılır. Sürücülər üçün nəzərdə tutulan CƏRİMƏLƏRİN MƏBLƏĞİ artırılır...

DİA.AZ bildirir ki, bu məsələ müzakirəyə başlayandan sosial şəbəkələrdə etirazlar qalxıb. İnsanlar növbəti BAHALAŞMA - CƏRİMƏ BAHALAŞMASI dalğasını sindirə bilməyəcək. Hər halda, bunu yuxarıda oturanlarımız nəzərə almalıdır.

Belə etiraz edənlərdən biri də tanınmış jurnalist Məhəmmədəli Qəriblidir. DİA.AZ olaraq jurnalistin qeydlərini təqdim edirik: "Öz xeyrinə olan qanunların qəbulu ilə bağlı parlamentdə ən güclü lobbi qrupuna malik olan qurumlar: DYP və Banklardı. Sağ olsunlar, bizim deputatlar, bunların xalqın ziyanına olan bütün “xahişlərini” məmnuniyyətlə dəstəkləyirlər.
Dünən İnzibati Xətalar Məcəlləsinə yol hərəkəti ilə bağlı əksər cərimələrin 50 manat artırılması ilə əlaqədar dəyişikliklər təklif olunub. Onsuz da bizdəki cərimələr çox bahadı. Nə baş verdi ki, DYP belə təşşəbüslə çıxış etdi?
Axı, bu DYP niyə öz daxilində islahat aparıb: nömrələrin verilməsi, avtomobillərin sənədləşməsi ilə bağlı açıq rüşvət bazarı yığışdırmır, gündə bir təkliflə çıxış edir?
Niyə maarifləndirçi tədbirlərini artırmır ki, insanları qayda pozuntuları etməkdən inzibati deyil, sivil vasitələrlə çəkindirsin? Çünki məqsəd daha çox pul toplamaqdır…"

Məsələ diqqətimizdədir. Bütün aidiyyatı qurum və şəxsləri diaaz.space olaraq dinləməyə hazırıq...

Geri qayıt