Əsas Səhifə > Ölkə, Manşet > Heydər Əsədov onu qovmuşdu, işi araşdırıldı... İnam Kərimov yenidən vəzifə verdi... İNDİ İSƏ...
Heydər Əsədov onu qovmuşdu, işi araşdırıldı... İnam Kərimov yenidən vəzifə verdi... İNDİ İSƏ...27-04-2023, 11:21 |
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov nazirlikdə kadr islahatlarına hazırlaşır. Məcnun Məmmədovun adları zaman-zaman korrupsiya və digər neqativ məsələlərdə hallanan məmurları nazirliyin sistemindən kənarlaşdırmaqda qətiyyətli olduğu bildirilir. Qlobal.az-a verilən verilən məlumata görə nazirin vəzifədən uzaqlaşdıracağı şəxslərin siyahısında ilk olaraq Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovadır. Sialə Rüstəmova 2010-2015-ci illərdə Dövlət Baytarlıq Xidmətinin, 2015-2016-cı illərdə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb. Mediada yazılanlara görə bu illər ərzində S.Rüstəmova özünə böyük kapital toplayaraq xeyli sayda əmlaklara sahiblənə bilib. Qeyd edək ki, Sialə Rüstəmova bir müddət öncə mediada və sosial şəbəkələrdə dövlət tədbirinə bahalı şuba geyib gəldiyinə görə tənqid edilmişdi. Xatırladaq ki, Məcnun Məmmədov cari ilin 14 aprelində Kənd Təsərrüfatı naziri təyin edilib. DİA.AZ xatırladır ki, 2016-cı iləd keçmiş KTN rəhbəri Heydər Əsədov o zaman Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisinin vəzifəsini icra edən S.Rüstəmova ilə bağlı müqavilənyə xitam verildiyini özü açıqlamışdı. Həmin zaman məlumatda deyilirdi: "2016-ci ilin sentyabr ayının 14-də Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyəti ilə dair daxil olmuş şikayətlərlə əlaqədar kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, Qurban bayramı ərəfəsində və bayram günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində işləyib, ət kəsimi məntəqələrində baytarlıq–sanitariya tələblərinə ciddi əməl olunmasına nəzarət artırılıb, əhalinin ucuz və keyfiyyətli qurbanlıq heyvanları ala bilmələri üçün lazımi işlər görülüb. Bununla belə Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində baytarlıq nəzarəti zəif təşkil olunub. Qeyd edilib ki, nazirliyə Sumqayıt şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar daxil olub. Həmçinin baytarlıq xidmətlərinin göstərilməsinə görə xidmət haqqının qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtlı-vaxtında mədaxil edilməsində nöqsanlara yol verilir. Ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə və tabeliyindəki işçilərin işdə yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə görə Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisinin vəzifəsini icra etməsi məqsədə uyğun sayılmayıb. Müddəti başa çatdığı nəzərə alınaraq kollegiyanın qərarına əsasən Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. İdarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib. İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad edilib, həmin Laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub. Kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib". *** Qeyd edək ki, belə bir özkeçmişə baxmayaraq İnam Kərimov Sialə Rüstəmovaya yenidən etimad göstərmişdi. İndi isə sırada yeni nazir Məcnun Məmmədovun qərarıdır... Onun isə Sialə Rüstəmovanın əleyhinə olacağı iddia olunur... Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərrəfi də dinləməyə hazırıq... Geri qayıt |